Rusiyanın “Birinci kanal”ında “Səs: Artıq uşaq deyillər” vokal şousu başlayıb. Qeyd edək ki, layihə “Səs: Uşaqlar” şousunun davamıdır.
Vokal yarışmasının üçüncü mövsümündə iştirak edən Rusiyada yaşayan soydaşımız Azər Nəsibov 8 ildən sonra şouya qayıdıb. Bu dəfə o, əvvəlcə Qərb estradasından populyar bir mahnı ifa edib. Daha sonra Azərbaycan xalq mahnısı “Sarı gəlin”i ifa edib.
Xatırladaq ki, A.Nəsibov şouda müğənni Polina Qaqarinanın komandasında yer alıb.
XQ

