ABŞ-ın Kaliforniya ştatında ayı bir nəfərin evinə girərək çarpayıda yuxuya gedib.
Ev sahibinin sözlərinə görə, o, göldə qayıq sürərkən mənzilinə kiminsə girməsi barədə telefonuna bildiriş gəlib. Daha sonra kişi uzaqdan evin kameralarına baxıb və nəhəng ayının evin ətrafında gəzdiyini görüb.
Bir müddət sonra heyvan amerikalının çarpayısında yuxuya gedib. Yırtıcını xüsusi sirenlə oyatmağa qərar veriblər. Səs-küy ayını oyadıb. Sonra o, masada qalan bütün yeməkləri yeyərək, pəncərəni sındırıb və evi tərk edib.
“Xalq qəzeti”

