Rənglər dünyasında “Toya hazırlıq”

post-img

Vəcihə Səmədova cəmi 41 il ömür sürməsinə baxmayaraq, adını Azərbaycan incəsənəti tarixinə ilk peşəkar rəngkar qadın kimi yazmağı bacarıb. O, “Kür qırağında”, “Mahnı”, “İntizarda”, “Toya hazırlıq”, “Qoşqar yaylağında”, “Göygöl”, “Aktrisa Leyla Bədirbəylinin portreti” və başqa bir-birindən gözəl rəsm əsərlərinin müəllifidir.

Vəcihə xanımın əsərlərində milli adət-ənənələrimiz öz parlaq təzahürü­nü tapıb. Belə əsərlərdən biri isə “Toy günü” və ya “Toya hazırlıq” tablosudur.

Rəssam burada kənd yerlərində toya hazırlıq mənzərəsini əks etdirib. Bir neçə qadının əhatəsində öz toyu­na hazırlaşan gəlinin hiss və həyəcanı, onun mənalı gözləri insanı valeh edir. Ətrafdakı qızların isə həsəd dolu baxış­ları tablonu seyr edənlərin nəzərindən qaçmır. 

Qeyd edək ki, istedadlı fırça ustası insan kimliyindəki ən incə məqamları kətana köçürməyi bacaran sənətkar kimi tanınıb.

Leyla HADİ,
tələbə-jurnalist

Sosial həyat