Şəmkirdə “Türk Mətbəxi Həftəsi” keçirilib

post-img

Türkiyənin Gəncə şəhərindəki Baş Konsulluğunun təşkilatçılığı ilə Şəmkir rayonunda “Türk Mətbəxi Həftəsi” keçirilib.

Tədbirdə Şəmkir, Gəncə, Naftalan, Samux, Göygöl rayon icra hakimiyyətləri başçıları ilə yanaşı, Qərb bölgəsi üzrə hotel, restoran sahibləri, sənətçilər ve media nümayəndələri də iştirak ediblər.

Öz mətbəxi ilə məşhur şəhərlər arasında yer alan Hatay mətbəxinə məxsus yemeklər təqdim edilib. Hatay mətbəxi, özünəməxsus səhər yeməkləri və 650-dən artıq digər yeməkləri ilə diqqət çəkir.

Qeyd edək ki, yüz illərdən bəri mədəni irs, adət-ənənə, hekayə və dərin bir təcrübənin əsəri olan zəngin Türk Mətbəxi həftəsi 21-27 May tarixləri arasında Bakı və Naxçıvanda da keçirilib.

Hamlet Qasımov,
"Xalq qəzeti"nin bölgə müxbiri



Maraqlı