Memar Sinanın zəlzələyə meydan oxuyan əsərləri

post-img

Dünya memarlıq tarixinə Türk dünyasını təmsil edən bir mötəbər isim mövcuddur. Bu memar Sinandır. Təqribi olaraq 1490-cı ildə doğulmuş, 1558-ci ildə isə vəfat etmişdir. Onun əsərləri memarlıq-incəsənət sahəsinə əbədi damğasını vuran nümunələr hesab olunur. Xüsusilə, Osmanlı memarlıq sənətinin möhtəşəm yüzilliyini təmsil edən  Memar Sinan yarım əsr ərzində məscid, bazar, körpü, karvansara kimi bir çox abidələr yaratmışdır. Memar Sinanın müasir memarların yoluna işıq saçan və şəhərin görməli yerlərini inşa edən əsərləri əsrlərdir davam edir.

Türk mütəxəssislər qeyd edirlər ki, Memar Sinan zəlzələlərin nəticələrini bildiyi üçün tikilələrdə bunu mütləq nəzərə alırmış. 

O, tikintidə buna uyğun materiallar seçər və öz müstəsna bilikləri üzərində inşaat işləri apararmış. Mütəxəssislər onun inşa etdiyi bütün binaları homogen materiallardan tikdiyini qeyd edir. 

Estetik zövqlülük, bənzərsiz üsullar və möhkəm təməllər və inşaat planı ilə ərsəyə gələn çoxsaylı memarlıq nümunələri arasında Süleymaniyyə camisi, Şahzadə məscidi, Səlimiyyə məscidi, Drina körpüsü, Mostar körpüsü xüsusilə sevilir və seçilir. 

Memar Sinan Osmanlı ordularının Avropa ölkələrinə səfərləri zamanı keçilməyən çaylar üzərində saldığı möhkəm körpülərlə Sultan Süleymanın diqqətini cəlb etmiş və ömrünün axırına qədər dövlətin baş memarı vəzifəsini icra etmişdir.  

Anar TURAN,
“Xalq qəzeti”









Maraqlı