Futbol üzrə Misli Premyer Liqasında bu gün XXIX turun son oyunları keçirilir. Günün ilK matçında bölgə təmsilçilərimiz "Turan-Tovuz"la "Şamaxı" qarşılaşır.
Saat 16:00-da start götürən qarşılaşmada artıq ilk 20 dəqiqə geridə qalıb və bir birdir. Görüşqn ikinci dəqiqəsində meydan sahibləri hesabı açsalar da, 7 dəqiqə sonra qonaqlar hesabı bərabərləşdirib.
Qeyd edək ki, bu görüşdə vacib xal baxımından "Şamaxı"nın qələbəyə daha çox ehtiyacı var.
Əlavə edək ki, tura bu gün "Qarabağ" - "Kəpəz" matçları ilə yekun vurulacaq.
Elçin AĞAMİRZƏ,
"Xalq qəzeti"