Sentyabrın 29-da Medianın İnkişafı Agentliyində II Azərbaycan–Özbəkistan Media Forumunun qardaş ölkədən gəlmiş heyəti ilə görüş keçirilib.
Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında media sahəsində əməkdaşlığın inkişafı üzrə “Yol xəritəsi”ndən irəli gələn məsələlərin icrasından bəhs edib. O, iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən media sahəsində münasibətlərin uğurla inkişaf etdiyini diqqətə çatdırıb.
Nümayəndə heyətinin rəhbəri Özbəkistan Respublikası Prezidenti Administrasiyasının Kommunikasiya şöbəsinin sektor müdiri Dilşod Saidjanov Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərinin medianın inkişafı sahəsində də mühüm nəticələr verdiyini qeyd edib. O, informasiya mübadiləsinin intensivləşməsi və birgə media layihələrinin həyata keçirilməsinin vacibliyini vurğulayıb.
XQ