Alman qonaqlar İlahiyyat İnstitutunda

post-img

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Almaniyanın Əsas Dəyərlər və Xalqlararası Anlaşma Fondunun nümayən­də heyəti ilə görüş keçirilib. 

Qonaqları salamlayan rektor, dosent Aqil Şirinov ali təhsil müəssisəsi haqqında geniş məlumat verib. Tədris prosesinin ölkə­mizdəki mövcud tolerant, multikultural mühit nəzərə alınmaqla təşkil edildiyini, ali təhsil ocağında bakalavriat, magistratura və doktorantura pillələrinin mövcud olduğunu vurğulayan ali mək­təb rəhbəri Aİİ-də təhsilin tamamilə ödənişsiz həyata keçirildiyini qeyd edib. O, institutun ilahiyyat sahəsində tanınmış xarici ölkə universitetləri ilə beynəlxalq əlaqələrin qurulmasında maraqlı ol­duğunu bildirib. 

Almaniya heyətinin rəhbəri Erix Alfred Tilo Braun görüşdən məmnunluğunu ifadə edib. Ölkəmizdə mövcud tolerant, multikul­tural mühiti və bu istiqamətdə aparılan siyasəti yüksək qiymətlən­dirib. Qonaq, müxtəlif məzhəb nümayəndələrinin eyni məsciddə ibadət etmələrinin nümunəvi addım olduğunu və bu təcrübənin bü­tün dünyada təşviq edilməsinə ehtiyac duyulduğunu bildirib.

Mehparə ƏLİYEVA
XQ

Son xəbərlər