Azərbaycanlı alim Özbəkistanda seminar keçirib

post-img

Milli Azərbaycan Tarixi Muzeyinin Təsviri materiallar fondunun müdiri, memarlıq üzrə fəlsəfə doktoru, dosent Nardanə Yusifova Özbəkistan Milli Rəssamlıq və Dizayn İnstitutunda “Dekorativ tətbiqi sənətdə perspekta və riyazi məntiqi yanaşmada fəza təfəkkürünün rolu” mövzusunda seminar keçirib.

Bu barədə mətbuata məlumat verən dosent Nardanə Yusifova bildirib ki, seminarın məqsədi incəsənətin bütün sahələrində hər bir sənətkarın istifadə etdiyi riyazi məntiqi-perspektiv yanaşmanın nəzəriyyəsinin elmi mahiyyətini əyani nümunələrlə vurğulamaq olub.

Dosent N.Yusifova seminar iştirakçılarına bu elmi yanaşmanın incəsənətdəki xüsusi əhəmiyyətini çatdırıb və onların suallarını cavablandırıb. Seminar, eyni zamanda, Azərbaycan–Özbəkistan qardaşlıq əlaqələrinin, həmçinin incəsənət-elm vəhdətində əməkdaşlıq üzərində davam edəcəyi kimi dəyərlədirilib.

XQ

Son xəbərlər