AHİK sədrinin Cenevrə görüşləri

post-img

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov Cenevrədə keçirilən Beynəlxalq Əmək Konfransının 113-cü sessiyası çərçivəsində Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının baş katibi Luk Trianql və Beynəlxalq Əmək Təşkilatının İşçilərin fəaliyyəti bürosunun direktoru Maria Helena Andre ilə görüşlər keçirib.

AHİK-in fəaliyyəti barədə ətraflı məlumat verən Sahib Məmmədov ölkəmizdə həmkarlar ittifaqları sistemində görülən işlər, işçilərin əmək hüquqlarının effektiv müdafiəsi, layiqli əmək şəraitinin təmin olunması istiqamətində reallaşdırılan tədbirlərdən danışıb.

“2025-2029-cu illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”na dair Azərbaycanla BƏT arasında tərəfdaşlıqdan bəhs edən Konfederasiya sədri sosial dialoq, əmək hüquqlarının müdafiəsinin gücləndirilməsi, gender bərabərliyinin təşviqi və dayanıqlı iqtisadiyyata ədalətli keçidin dəstəklənməsinin əhəmiyyətini vurğulayıb.

BHİK-in baş katibi Luk Trianql və BƏT-ACTRAV-nin direktoru Maria Helena Andre Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyətini, aparılan islahatları yüksək qiymətləndirib, münasibətlərin səviyyəsindən razılıqlarını bildirib, əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə əminliklərini ifadə ediblər.

XQ

Son xəbərlər