Baş prokurorun müavini Heydər Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti 4-5 iyun tarixlərində Monqolustanın Ulan-Bator şəhərində keçirilmiş Beynəlxalq Prokurorlar Assosiasiyasının 10-cu Regional Konfransında iştirak edib.
Heydər Məmmədov konfransda təqdimatla çıxış edərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün sahələrdə dinamik inkişaf yolunda irəlilədiyini, tərəqqi yönümlü islahatların informasiya-kommunikasiya texnologiyaları, suni intellekt və rəqəmsal media sferalarını da əhatə etdiyini vurğulayıb.
Daha sonra Heydər Məmmədov medianın və sosial şəbəkələrin cinayətlərin aşkar olunması, onların qarşısının alınmasında effektiv istifadə edilməsi, Azərbaycanda sosial media sahəsində normativ hüquqi bazanın gücləndirilməsi və bu kontekstdə beynəlxalq tələblərə cavab verən standartların tətbiqi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.
XQ