Şamaxıda zəlzələ

post-img

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, iyunun 5-də yerli vaxtla saat 16:02-də Şamaxı rayonu ərazisində 7 kilometr dərinlikdə 3,7 maqnitudalı və 16:04-də 4 kilometr dərinlikdə 3,1 maqnitudalı zəlzələlər qeydə alınıb.

FHN-in mətbuat xidmətindən verilən məlumata görə, zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək nazirliyə məlumat daxil olmayıb.

XQ

Son xəbərlər