Vyanada Azərbaycan təntənəsi

post-img

Azərbaycanın Avstriyadakı səfirliyində 28 May Müstəqillik Günü və 26 İyun Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə rəsmi qəbul keçirilib.

Mərasimdə Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli 107 il əvvəl əsası qoyulan müsəlman Şərqində ilk demokratik respublika – Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi çətin və şərəfli yola nəzər salıb. Diplomat qeyd edib ki, 23 aylıq müddət ərzində görülən işlər, həyata keçirilən islahatlar, dövlət quruculuğu və hüquqi bazanın inkişafı həmin dövr üçün inqilabi xarakter daşıyırdı.

Bildirilib ki, həmin dövrdə Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti müsəlman Şərqində ilk nümunə idi və cəmi 17 ay fəaliyyət göstərməsinə baxmayaraq, Müstəqillik Bəyannaməsində əks olunan prinsiplərə uyğun olaraq, təxminən, 230 mühüm qanun və qərar qəbul edib. 1991-ci ildə müstəqilliyimizi bərpa etdikdən 34 il sonra, Azərbaycan Xalq Cümhuriyyətinin idealları və dəyərləri bu gün də müstəqil dövlət kimi yeni üfüqlərə doğru yolumuza bələdçilik edən əsas prinsiplər olaraq qalır.

Avstriya Xarici İşlər Nazirliyinin idarə rəisi Qerhard Sayller ikitərəfli əlaqələrin inkişaf etdiyini, qarşılıqlı səfərlərin mütəmadi şəkildə həyata keçirildiyini diqqətə çatdırıb.

Avstriyada yaşayan azərbaycanlı musiqiçi Fərid Feyzullayevin rəhbərlik etdiyi kvartet mərasimdə Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən ibarət musiqili proqram ilə çıxış edib.

XQ

Son xəbərlər