Hikmət Hacıyevin Brüssel görüşləri

post-img

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqının Xarici Fəaliyyət Xidmətinin baş katibi Belen Martinez Karbonellə görüşüb. Bu barədə Aİ rəsmisi “X”də paylaşım edib.

“Biz Aİ-Azərbaycan münasibətlərini, Aİ-nin Azərbaycan-Ermənistan arasında normallaşma prosesinə dəstəyini və regional hadisələri müzakirə etdik. Aİ regionda sülh və tərəqqiyə sadiqdir”, - o bildirib.

***

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun Brüsseldəki mənzil-qərargahına səfəri çərçivəsində alyansın baş katibinin müavini Radmila Şekerinska ilə də görüşüb. Bu barədə Azərbaycanın təşkilatdakı nümayəndəliyindən bildirilib.

Görüş zamanı tərəflər Azərbaycan– NATO tərəfdaşlığının hazırkı vəziyyətini, gələcək əməkdaşlığın perspektivlərini, o cümlədən regional və daha geniş təhlükəsizlik mühiti ilə bağlı məsələləri müzakirə ediblər.

NATO-nun sülhməramlı əməliyyatlarına, eləcə də müttəfiq və tərəfdaş dövlətlərin enerji təhlükəsizliyinə verdiyi töhfə vurğulanaraq, Azərbaycanın alyansın uzunmüddətli etibarlı tərəfdaşı kimi rolu vurğulanıb.

Səfər çərçivəsində Hikmət Hacıyev, həmçinin NATO Baş Katibinin Şəxsi Ofisi direktorunun birinci müavini Lorenz Meyer- Minnemann ilə də görüşüb.

***

Belçikada Avropa İttifaqı-Azərbaycan Təhlükəsizlik Dialoqunun 6-ci iclası keçirilib. Bu barədə Azərbaycan Respublikasının Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri Vaqif Sadıqov “X” hesabında paylaşıb edib.

İclasa Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Avropa İttifaqının Xarici Fəaliyyət Xidmətinin baş katibinin müavini Olof Skug həmsədrlik ediblər.

İclasda siyasi və təhlükəsizlik sahələrində mövcud əlaqələr və əməkdaşlıq perspektivi haqqında əsaslı və açıq müzakirələr aparılıb:

“Bu dialoq son aylarda Malta, Bakı, Brüssel və Tiranada keçirilmiş bir sıra mühüm yüksək səviyyəli Aİ-Azərbaycan görüşlərinin ardınca aparılıb. İkitərəfli, regional və qlobal hadisələr müntəzəm olaraq fikir mübadiləsini tələb edir. Bu gün həmçinin Aİ-nin digər yüksək vəzifəli rəsmiləri və təşkilata üzv bir sıra dövlətlərin, o cümlədən ev sahibi ölkə olan Belçikanın nümayəndələri ilə mühüm müzakirələr aparılıb”.

XQ





Son xəbərlər