Xarici işlər nazirinin müavini Yalçın Rəfiyev İraqa səfər edib.
Bağdad şəhərində Azərbaycanın Xarici İşlər Nazirliyi və İraqın Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələrin ikinci iclası keçirilib.
Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, İraq tərəfindən isə xarici işlər nazirinin ikitərəfli əlaqələr üzrə müavini Məhəmməd Hüseyn Bahr Al-Ulum rəhbərlik edib.
Məsləhətləşmələr zamanı ikitərəfli siyasi, iqtisadi, ticarət, enerji, humanitar və parlamentlərarası əlaqələrin mövcud vəziyyəti və inkişaf perspektivlərinə dair geniş fikir mübadiləsi aparılıb.
Yalçın Rəfiyev İraqın rabitə naziri, Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın İraq tərəfindən həmsədri xanım Hiyam Əl-Yasiri və İraqın ekologiya nazirinin müavini Casim Əbdüləziz Hamadi ilə də görüşüb.
XQ