Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov aprelin 14-də Rumıniya Parlamenti Senatının Sədrinin vəzifəsini müvəqqəti icra edən Mirça Abrudeanla görüşüb.
Nazirlər Kabinetindən bildiriblər ki, söhbətdə Azərbaycan–Rumıniya əlaqələrinin strateji tərəfdaşlıq əsasında dinamik inkişafından məmnunluq ifadə olunub.
Siyasi dialoqun yüksək səviyyədə olduğu da bildirilib, dövlət başçıları və digər səviyyələrdə həyata keçirilən qarşılıqlı səfərlərin əlaqələrin genişlənməsi baxımından əhəmiyyəti vurğulanıb. İki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığın və qarşılıqlı dəstəyin önəmi qeyd edilib.
Parlamentlərarası əməkdaşlığa toxunularaq qarşılıqlı səfərlərin, hər iki ölkənin parlamentlərində dostluq qruplarının fəaliyyətinin əhəmiyyəti vurğulanıb.
Azərbaycan ilə Rumıniya arasında iqtisadi-ticari, investisiya, neft-qaz, “yaşıl enerji”, nəqliyyat, dövlət xidmətlərinin göstərilməsi, humanitar və digər istiqamətlərdə əməkdaşlığın genişlənməsi məmnunluqla qeyd edilib.
Eyni zamanda, qarşılıqlı maraq doğuran bir sıra sahələrdə əməkdaşlıq perspektivləri müzakirə olunub.
XQ