Azərbaycanda rəsmi səfərdə olan Rumıniya Parlamenti Senatının sədrinin vəzifəsini müvəqqəti icra edən Mirça Abrudeanın rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 14-də Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib.
Ziyarətçilər ümummilli lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla anıb, məzarı önünə əklil qoyublar.