Göyçayda maskalanıb mağazadan oğurluq edənlər tutulub

post-img

Göyçay rayonunda oğurluq hadisəsi qeydə alınıb. Naməlum şəxslər gecə saatlarında üzlərini maska ilə gizlədərək rayon ərazisində yerləşən mağazaya daxil olublar və oradakı pulu, spirtli içkiləri, tütün məmulatlarını, eləcə də digər əşyaları talayaraq ələ keçiriblər. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də oğurluğa görə məhkum olunmuş 42 yaşlı Vüqar Mirzəyev və 45 yaşlı Tural Əzizov saxlanılıb. 

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib. 

Araşdırmalar davam etdirilir.

P.ƏMİRCANOV

XQ

Son xəbərlər