Ordumuzda andiçmə mərasimləri keçiriləcək

post-img

Fevralın 16-da Azərbaycan Ordusunun hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimləri keçiriləcəkdir.

Mövsümü xarakter daşıyan respirator virus infeksiyalarına yoluxma halları nəzərə alınaraq adaptasiya dövründə olan gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub. Vətəndaşlardan hərbi qulluqçularımızın sağlamlığına həssaslıqla yanaşmaq, qeyd olunan məhdudiyyəti anlayışla qarşılamaq, andiçmə mərasimləri zamanı hərbi hissələrə gəlməmək xahiş edilir.

XQ

Son xəbərlər