İqdırlı şagirdlər üçün Xocalı soyqırımı mövzusunda müsabiqə

post-img

Türkiyənin İqdır vilayətindəki liseylərin şagirdləri arasında Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş ən yaxşı rəsm, şeir və inşa müsabiqəsi elan edilib.

Xüsusi münsiflər heyəti müxtəlif nominasiyalar üzrə üç ən yaxşı iştirakçını seçəcək və qaliblər fevralın 24-də İqdırda keçiriləcək anım mərasimində mükafatlandırılacaqlar.

Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədr müavini, İqdırdakı “Azərbaycan Evi”nin rəhbəri Serdar Ünsal vilayətin bütün liseylərində təhsil alan şagirdləri müsabiqədə fəal iştirak etməyə çağırıb: “Ermənistanın Azərbaycan torpaqlarını işğalı zamanı törətdiyi cinayətlər yaddaşımızda təzədir. Ermənilərin Xocalıda, Şuşada, Kəlbəcərdə, Ağdamda və Azərbaycanın digər bölgələrində törətdikləri vəhşilikləri Türkiyənin bütün sakinləri bilməli və xatırlamalıdırlar”.

XQ

Son xəbərlər