Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Məlumatı DİN mətbuat xidməti verib.
Yanvarın 20-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 1 pulemyot, 1 tapança, 15 tüfəng, 4 patron darağı və 78 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
P.ƏMİRCANOV
XQ