Fövqəladə Hallar Nazirliyinin və İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının birgə təşkilatçılığı ilə FHN-in Akademiyasında “Ulu öndər Heydər Əliyev və Azərbaycan Respublikasında insan hüquqlarına əsaslanan islahatlar” mövzusunda konfrans təşkil olunub.
Əvvəlcə konfrans iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.
Fövqəladə hallar nazirinin müavini Tapdıq Əmiraslanov çıxışında ulu öndər Heydər Əliyevin şərəfli ömür yolundan, Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətlərindən danışıb. Ombudsman Səbinə Əliyeva çıxışında Ulu öndərin fövqəladə hallar orqanlarının yaradılması üçün institusional bazanın formalaşdırılmasında xüsusi xidmətlərinin olduğunu, Ümummilli Liderin rəhbərliyi ilə fövqəladə halların idarə olunması sahəsində də strateji yanaşmanın formalaşdırıldığını qeyd edib.
Daha sonra Milli Məclisin deputatları Aydın Mirzəzadə və Aydın Hüseynov, FHN Akademiyasının rəisi Baba Salayev, AMEA Tarix İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov və Əməkdar jurnalist Mübariz Əsgərov çıxış edərək, ümummilli lider Heydər
Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən söz açıblar
Sonda sənədli film nümayiş olunub.
XQ