Ölkə ərazisində qeydə alınan 48 cinayətin üstü açılıb

post-img

Dekabrın 6-da ölkə ərazisində qeydə alınan 37, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN mətbuat xidmətinin məlumatına görə, axtarışda olduğuna görə ümumilikdə 162, o cümlədən borclu şəxs qismində axtarışda olan 137 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb.

 

P.ƏMİRCANOV

XQ

 

 

Son xəbərlər