“Bərk cisimli fotoelektronik gücləndiricilərin fizikası”. Fizika elmləri doktoru, nüvə tədqiqatçısı Zirəddin Sadıqovun Rusiyanın Dubna şəhərində nəşr olunan növbəti kitabı belə adlanır. Monoqrafiya müəllifin nüvə tədqiqatları sahəsində elmi fəaliyyətinin 40 illiyinə həsr olunub.
Xatırladaq ki, Zirəddin Yaqub oğlu Sadıqov Tovuz rayonunun Alakol kəndində doğulub, Moskva Dövlət Universitetinin fizika fakültəsini bitirib, hazırda Dubnadakı Birləşmiş Nüvə Araşdırma İnstitutunda çalışır.
Akif ƏHMƏDGİL