Qlobal Mətbuat Mərkəzinin BAMF-a əməkdaşlıq təklifi

post-img

Cenevrə Qlobal Mətbuat Mərkəzi Beynəlxalq Avrasiya Mətbuat Fondunun media azadlığı, münaqişələrin həlli, təhsil və vətəndaş cəmiyyətinin gücləndirilməsi sahələrindəki fəaliyyətini yüksək qiymətləndirib.

Bu barədə qurumun icraçı köməkçisi Azzam Hassan BAMF Prezidenti Umud Mirzəyevə ünvanladığı məktubda söz açıb. O təmsil etdiyi təşkilatın tarixi, missiyası haqqında ətraflı məlumat verərək BAMF-a CQMM-nin adından jurnalist təhlükəsizliyi sahəsində əməkdaşlıq təklif edib. CQMM rəsmisi birgə platforma yaradılmasının beynəlxalq səviyyədə jurnalist təhlükəsizliyini təmin etmək və media azadlığını təşviq etməkdə önəmli rol oynaya biləcəyini xüsusi vurğulayıb.

A.Hassan onu da bildirib ki, bu təşəbbüs insan hüquqları müdafiəçiləri, media qurumları və beynəlxalq təşkilatlar arasında yeni bir əməkdaşlıq modelinin yaradılmasına imkan verəcək. Birgə əməkdaşlıqda jurnalistlərin müdafiəsi sahəsində təcrübə mübadiləsi və beynəlxalq standartların tətbiqi üçün geniş imkanlar yaradılması da nəzərdə tutulur.

Xatırladaq ki, Qlobal Mətbuat Mərkəzi beynəlxalq jurnalistlər tərəfindən təsis edilmiş müstəqil qurumdur. Mərkəzin missiyası jurnalistlərin hüquqlarını qorumaq və media azadlığına dəstək olmaqdır.

T.RÜSTƏMLİ
XQ

Son xəbərlər