Bişkekdə Türkiyə-Qırğızıstan strateji şurasının iclası keçirilir

post-img

Bu gün Bişkekdə Türkiyə və Qırğızıstan arasında Strateji Əməkdaşlıq Şurasının iclası keçirilir. Məlumatı “Anadolu” verib. 

Toplantıya Türkiyə və Qırğızıstan prezidentləri Rəcəb Tayyib Ərdoğan və Sadır Japarov sədrlik edirlər.

Toplantıda çıxış edən Türkiyə prezidenti Fələstin probleminin ədalətli və davamlı həlli üçün səylərin davam etdirilməsinin türk dünyası üçün son dərəcə əhəmiyyətli olduğunu bildirib.

Dövlət başçısı qeyd edib ki, Türkiyə və Qırğızıstan terrorun bütün növlərinə, ilk növbədə FETÖ terror təşkilatına qarşı barışmaz mübarizəni davam etdirəcək.

P.ƏMİRCANOV
XQ

Son xəbərlər