Türkmənistan paytaxtında TÜRKSOY-un II Beynəlxalq Teatr Festivalı çərçivəsində üzv ölkələrin rəssamlarının əsərlərinin nümayiş etdirildiyi biennale olub.
Sərgidə Azərbaycan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan və Özbəkistan rəssamlarının Türk dünyasının tarixini, adət-ənənələrini və qədim abidələrini əks etdirən tablolar nümayiş etdirilib. Ziyarətçilər 3 gün ərzində türk ölkələrindən olan 21 rəssamın əsərləri ilə tanış olublar, fırça ustaları sərgi məkanında rəsmlər çəkiblər.
Aşqabadda türk dövlətləri teatr kollektivlərinin iştirakı ilə başa çatan TÜRKSOY-un II Beynəlxalq Teatr Festivalı da əlamətdar hadisə olub. Bundan başqa, Türkmənistan paytaxtında keçirilən TÜRKSOY Yazıçılar Birliyinin toplantısında Türk dünyasının yazıçı və şairləri arasında əlaqələrin möhkəmləndirilməsi, habelə klassiklərin və müasir ədəbiyyat nümunələrinin çap olunması, görkəmli ədiblərin yubileylərinin keçirilməsi məsələləri müzakirə edilib.
XQ