Bu gün Kazanda BRICS-in 16-cı sammiti işə başlayır

post-img

Bu gün, oktyabrın 22-də Kazanda BRICS-in 16-cı sammiti açılır. Bu tədbir Rusiyanın təşkilata sədrliyinin əsas hadisəsi olacaq. Məlumatı “Komsomolskaya pravda” verib. 

Tədbirdə 36 ölkənin və altı beynəlxalq təşkilatın iştirak edəcəyi gözlənilir. Bundan başqa, sammitdə BMT-nin baş katibi Antonio Quterreş də iştirak edəcək.

Kazan sammiti həm də onunla əlamətdar olacaq ki, ilk dəfə keçən il qəbul edilmiş beş yeni iştirakçı nəzərə alınmaqla “onluq” formatında keçiriləcək. Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika, Misir, İran, BƏƏ, Səudiyyə Ərəbistanı və Efiopiya ilə yanaşı, BRICS ilə əməkdaşlıq etmək istəyən qlobal cənub və şərq ölkələrinin digər nümayəndələri də  Kazana gələcəklər.

BRICS Ekspert Şurasının rəhbəri, Ali İqtisadiyyat Məktəbinin prorektoru Viktoriya Panova bir çox ölkənin BRICS-ə qoşulmaq istəməsinin səbəbini və Kazanda keçiriləcək sammitə hansı xarici liderlərin gələcəyini açıqlayıb.

Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippot BRICS sammitində Serbiya və ya Türkiyə kimi digər ölkələrin iştirakının Avropa İttifaqı və Şimali Atlantika Alyansının hiddətinə səbəb olacağını bildirib.

Bundan əvvəl RF Prezidenti Vladimir Putinin Kazanda keçiriləcək BRICS sammiti çərçivəsində görüşlərinin qrafiki məlum olub. Rusiya prezidenti sammit çərçivəsində 15-ə yaxın ikitərəfli görüş keçirəcək. O, Çin, Hindistan, Türkiyə və İran dövlət başçıları ilə görüşəcək. Görüşlər oktyabrın 22 və 23-nə təyin edilib.

 

P.ƏMİRCANOV

XQ

 

 

Dünya