Azərbaycan–Belçika siyasi məsləhətləşmələri

post-img

Oktyabrın 21-də Bakıda Azərbaycan Respublikası və Belçika Krallığının Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib.

Azərbaycanın nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Belçikanın nümayəndə heyətinə isə Xarici İşlər Nazirliyinin ikitərəfli məsələlər üzrə baş direktoru Jeroen Kooreman rəhbərlik edib.

Məsləhətləşmələr zamanı Azərbaycan və Belçika arasında siyasi sahədə əlaqələr müzakirə olunub, davamlı siyasi dialoqun saxlanılması üçün qarşılıqlı səfərlərin və beynəlxalq tədbirlər çərçivəsində görüşlərin əhəmiyyəti qeyd olunub. İqtisadi sahədə əlaqələrin inkişafı üçün ticarət dövriyyəsinin artırılması, enerji, nəqliyyat, yüksək texnologiyalar sahələrində əməkdaşlıq imkanlarından faydalanmağın əhəmiyyəti vurğulanıb, habelə ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən strateji enerji və nəqliyyat layihələri ilə bağlı müzakirələr aparılıb.

XQ

Son xəbərlər