MEDİA-da antikorrupsiya mövzusunda təlim

post-img

Medianın İnkişafı Agentliyində antikorrupsiya davranış modelinin yaradılması və antikorrupsiya mədəniyyətinin formalaşdırılması üzrə işçilərin nəzəri biliklərinin artırılması, maraqların toqquşmasının qarşısının alınması və nəticələrinin aradan qaldırılması, korrupsiya ilə əlaqədar hüquqpozmalara görə məsuliyyət tədbirləri barədə məlumatlılığın artırılması məqsədilə təlim təşkil olunub.

Toplantıda bildirilib ki, “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nına uyğun olaraq, antikorrupsiya davranış modelinin formalaşdırılması ilə bağlı işlərin gücləndirilməsi, cəmiyyətdə məlumatlılığın artırılmasına yönəlmiş maarifləndirmə, tədris və digər tədbirlərin səmərəliliyinin yüksəldilməsi məqsədilə tədbirlər nəzərdə tutulub.

Təlimdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin prokuroru Nicat Nağıyev və Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin böyük prokuroru İradə Xəlilovanın məruzələri dinlənilib. Onlar antikorrupsiya davranış modellərinin spesifik cəhətləri, korrupsiya risklərinin müəyyən edilməsinin əhəmiyyəti, korrupsiyaya qarşı mübarizə sahəsində preventiv tədbirlərin, o cümlədən maraqlar toqquşmasının idarə edilməsi formaları və etik davranış qaydaları barədə geniş məlumat veriblər. Təlimin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, fikir mübadiləsi aparılıb.

XQ

Son xəbərlər