Kimya üzrə Nobel mükafatçıları

post-img

Oktyabrın 9-da 2024-cü il üzrə kimya sahəsində Nobel mükafatına layiq görülən alimlərin adları açıqlanıb. Nobel Komitəsi Devid Beyker (ABŞ, Vaşinqton Universiteti), Demis Hassabis (Böyük Britaniya, Google DeepMind tədqiqat qrupu) və Con Camperin (Böyük Britaniya, Google DeepMind tədqiqat qrupu) 2024-cü il üzrə kimya sahəsində Nobel mükafatına layiq görüldüklərini elan edib.

Məlumatda bildirilir ki, Devid Beyker “hesablamalı zülal dizaynı”, Demis Hassabis və Con Camper “zülal strukturunun proqnozlaşdırılması” üzrə tədqiqatlara görə bu ali mükafata layiq görülüblər.

Xəbərdə qeyd olunur ki, Devid Beyker, demək olar ki, mümkün olmayanı etməyi bacarıb – tamamilə yeni zülal növləri yaradıb. Demis Hassabis və Con Camper isə mürəkkəb zülal strukturlarının proqnozlaşdırılması üzrə süni intellekt modeli hazırlayıblar.

XQ

Son xəbərlər