Sumqayıtda qanvermə aksiyası

post-img

Sumqayıt Tibb Mərkəzinin (STM), Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı və Respublika Qan Bankının dəstəyi ilə iki gün davam edən qanvermə aksiyasına yekun vurulub.

Mərkəzdən mediaya bildirilib ki, artıq ənənə halını alan bu nəcib aksiya STM-nin Təcili Tibbi Yardım Xəstəxanasında keçirilib. Mərkəzin rəhbərliyi, struktur bölmə rəhbərləri də daxil olmaqla, könüllülərin də qatıldığı tədbirdə 250-dən çox donor qan verib.

Xüsusi tibb briqadasının həkim-hematoloqları tərəfindən donorların sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra onlardan qan götürülüb.

Tədarük olunan qan və ondan hazırlanan preparatlardan talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən pasiyentlərin, eləcə də qana ehtiyacı olan insanların müalicəsində istifadə ediləcək.

XQ

Son xəbərlər