Ceyhun Bayramovun BMT Baş katibinin müavini ilə görüşü

post-img

Oktyabrın 9-da xarici işlər naziri Ceyhun Bayramov ilə BMT Baş katibinin müavini Amina Mohammed arasında görüş keçirilib.

Görüşdə Azərbaycan-BMT əlaqələrinin cari vəziyyəti və perspektivləri, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar hazırlıq prosesləri, Azərbaycanın COP29 Sədrliyinin prioritetləri müzakirə olunub.

Azərbaycanın çoxtərəfli diplomatiyada, eləcə də BMT təsisatlarında rolunun əhəmiyyətinə diqqət çəkən BMT Baş katibinin müavini ölkəmizin COP29-un təşkil olunması istiqamətində apardığı fəaliyyəti yüksək qiymətləndirib. Bununla yanaşı, sülh və təhlükəsizlik, yeni texnologiyalar, gələcəyin maliyyə arxitekturası kimi elementlərin də əks olunduğu Gələcəyin Sammiti zamanı qəbul edilmiş yekun sənədin vacibliyi vurğulanıb.

Nazir C.Bayramov Azərbaycanın sədrlik etdiyi COP29 çərçivəsində aparılan danışıqlar prosesi barədə ətraflı məlumat verib. Tərəflər bu istiqamətdə BMT və beynəlxalq maliyyə təsisatlarının dəstəyinin əhəmiyyətini vurğulayıblar. Eyni zamanda, COP29 Sədrliyi tərəfindən müxtəlif istiqamətlərdə irəli sürülən 14 təşəbbüsə dəstək barədə məlumat verilib.

XQ

Son xəbərlər