Ankarada Türk Dövlətləri Təşkilatının xarici işlər nazirlərinin müavinləri səviyyəsində çoxtərəfli siyasi məsləhətləşmələr keçirilib.
Tədbirdə Azərbaycanın nümayəndə heyətinə xarici işlər nazirinin müavini Elnur Məmmədov rəhbərlik edib.
Məsləhətləşmələr zamanı TDT çərçivəsində siyasi, iqtisadi, ticarət, nəqliyyat-kommunikasiyalar, humanitar və s. istiqamətlər üzrə əməkdaşlığın gücləndirilməsinin mövcud perspektivləri və gələcək planlar, habelə təşkilatın Bişkek Sammitinin təşkilindən irəli gələn məsələlər müzakirə olunub.
XQ