Dünən Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov Ordubad rayonunda olub.
Ali Məclis sədrinin birinci müavini Ordubad 8 mərtəbəli binada Vətən müharibəsi qazisi və Çernobıl əlili üçün nəzərdə tutulan ikiotaqlı mənzillərdə, XVII əsrə aid Cümə məscidində və “Sahil” mehmanxanasının ərazisində aparılan işlərlə tanış olub.
Sonra Bəxtiyar Məmmədov rayon mərkəzindəki Rabitə evində seçiciləri qəbul dib. O, vətəndaşların müraciətlərini dinləyib, narahatlıq doğuran məsələlərin həllinə göstəriş verib. Görüşdə sakinlərlə fikir mübadiləsi aparılıb.
XQ