Bakının Nizami rayonunun Q.Qarayev prospekti, Məmmədəli Şərifli küçəsində fərdi yaşayış evində baş verən yanğın yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının hər mərtəbəsi 170 kvadratmetr olan mansard tipli ikimərtəbəli fərdi yaşayış evində baş verdiyi, yayılma riskinin yüksək olduğu müəyyən edilib.
Fövqəladə Hallar Nazirliyin mətbuat xidmətindən bildirilib ki, əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə, o cümlədən yaxınlıqdakı tikililərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində fərdi yaşayış evinin mansardı və 40 kvadratmetr sahədə ikinci mərtəbənin bir otağı yanıb.
Evin böyük hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Xəsarət alan yoxdur.