Şuşada Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə “Sülhün, dialoqun və tolerantlığın qorunmasında mədəni irsin rolu” adlı XV Beynəlxalq Multikulturalizm Məktəbi keçirilir.
Məktəb iştirakçıları əvvəlcə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) baş məsləhətçisi Günel Yusifinin “Mədəniyyət və inancın kəsişməsi: Dini müxtəlifliyə qlobal baxış” mövzusunda mühazirəsini dinləyiblər.
Natiq bildirib ki, Azərbaycan dünyada məscid, kilsə və sinaqoqun bir arada olduğu, eləcə də müxtəlif dinlərin mənsublarının heç bir ayrı-seçkilik halı ilə qarşılaşmadıqları nadir ölkələrdən biri, bəlkə də, birincisidir. G.Yusifli iştirakçıların çox sayda suallarını cavablandırıb.
Qeyd edək ki, XV Beynəlxalq Multikulturalizm Məktəbində Azərbaycan, Rusiya, Türkiyə, Cənubi Koreya, Serbiya, Yaponiya, Qazaxıstan, Rumıniya, Moldova, Özbəkistan, Hindistan, Mərakeş, Bolqarıstan, Gürcüstan, Amerika Birləşmiş Ştatları, Mozambik və Konqodan olan 30-a yaxın tələbə iştirak edir. Oktyabrın 1-dək davam edəcək məktəbin iştirakçıları üçün Şuşa, Laçın və Ağdam şəhərlərinə ekskursiyalar təşkil olunacaq.
XQ