Pakistanla hüquqi əməkdaşlıq genişlənir

post-img

Azərbaycanın Ədliyyə naziri Fərid Əhmədov sentyabrın 4-də Pakistan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qasım Mohiuddin ilə görüşüb. 

Görüşdə iki ölkə arasında strateji tərəf­daşlığın yüksək qiymətləndirildiyi, qar­şılıqlı səfər və görüşlərin bütün sahələrdə əməkdaşlığın inkişafına töhfə verəcəyi qeyd olunub. 

Söhbət zamanı Azərbaycan ilə Pakis­tan arasında hüquqi sahədə əlaqələrin in­kişafından məmnunluq ifadə edilib, ekstra­disiya və məhkumların verilməsi üzrə sıx əməkdaşlığın həyata keçirildiyi bildirilib. 

Görüşdə hüquqi əməkdaşlığın gələcək perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərə dair müzakirələr aparılıb. 

XQ

Son xəbərlər