Oğurluq edənlər yaxalanıblar

post-img

Nəsimi rayonu ərazisində evlərin birindən oğurluq olub. Polisə müraciət edən qadın evindən içərisində 6500 manat pul və sənədi olan çantasının oğurlandığını bildirib.

Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş N.Bəkirov müəyyən olunaraq saxlanılıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə paytaxtın Nəsimi rayonu ərazisində müxtəlif vaxtlarda 5 nəfərin mobil telefonlarını oğurlamaqda şübhəli bilinən Xırdalan şəhər sakini S.Xəlilov müəyyən olunaraq saxlanılıb. 

Maştağa qəsəbəsində yerləşən marketlərin birindən 700 manat dəyərində oğurluq edilməsi barədə polisə məlumat daxil olub. Sabunçu RPİ 14-cü Polis Şöbəsinin əməkdaşları şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş V.Dadaşovu müəyyən edərək saxlayıblar.
Araşdırma aparılır. 

P.ƏMİRCANOV

XQ

 

Son xəbərlər