Konstitusiya Məhkəməsi Palatasının iclası

post-img

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

İclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə və “Konstitusiya Məhkəmə­si haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 36-2.3-cü mad­dəsinin Əmək Məcəlləsinin 79-cu mad­dəsinə uyğunluğunun yoxlanılmasına dair insan hüquqları üzrə müvəkkilin (ombuds­manın) sorğusuna baxılaraq, Plenumun ic­raatına qəbul olunması haqqında qərardad qəbul edilib.

Sorğuya mahiyyəti üzrə, tərəflərin işti­rakı ilə Konstitusiya Məhkəməsi Plenumu­nun sentyabrın 24-nə təyin edilmiş iclasın­da baxılacaq.

XQ

Son xəbərlər