Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov bu ölkənin özəlləşdirmə, investisiyalar və kommunikasiyalar naziri Əbdül Alim Xan ilə görüşərək iki dövlət arasındakı qarşılıqlı münasibətləri müzakirə edib.
Söhbət zamanı iki ölkənin iştirakı ilə Bakıda keçiriləcək biznes-forum barədə fikir mübadiləsi aparılıb. Xəzər Fərhadov naziri Azərbaycanın Pakistanın bir çox sahələrinə, o cümlədən LNG qazı, karbamid və elektrik kimi sahələrə yatırım edə biləcəyi barədə məlumatlandırıb.
Əbdül Alim Xan bildirib ki, ölkələrimiz qida təhlükəsizliyi, informasiya texnologiyaları, səhiyyə, kənd təsərrüfatı kimi bir çox sahələrə birgə yatırımlar edə bilər. O, Bakıda biznes-forum keçirilməsi fikrini alqışlayıb. Nazir bildirib ki, Türkiyə, Azərbaycan və Pakistan regionun inkişafında önəmli rol oynamaq üçün sıx əməkdaşlıq etməlidir.
XQ