Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdində Mədəniyyət Mərkəzinin layihəsi əsasında Antalyada da “Azərbaycan mədəniyyəti və sənəti günü” keçirilib.
Şənliklərdə dövlət rəsmiləri, diplomatik nümayəndəliklərin təmsilçiləri, ictimaiyyətin tanınmış simaları iştirak ediblər. Açılış mərasimində Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov və Antalya valisi Hulusi Şahin ölkələrimiz arasında yüksək səviyyəli münasibətlərdən və əməkdaşlıqdan danışıblar. İki qardaş ölkə arasındakı münasibətlərin dünya üçün nümunə olduğunu vurğulayan natiqlər Türkiyədə Azərbaycan mədəniyyətinə böyük maraq olduğunu qeyd ediblər. Onlar ilk dəfə Antalyada keçirilən “Azərbaycan mədəniyyəti və sənəti günü” tədbirlərinin bölgədə Azərbaycan milli mədəniyyətinin daha da yaxından tanıtmağa imkan yaratdığını bildiriblər.
Sonra Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti, eləcə də turizm bölgələrini özündə əks etdirən videoçarx nümayiş olunub. Mərasim Azərbaycan Mədəniyyət Mərkəzinin hazırladığı geniş bədii proqramla davam etdirilib.
XQ