Bibiheybət şosesindən Lökbatan dairəsinədək magistral su xəttinin dəyişdirilməsi layihəsi çərçivəsində görüləcək işlərlə əlaqədar suyun verilməsi dayandırılacaq.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən AZƏRTAC-a bildirilib ki, sentyabrın 3-ü saat 06:00-dan 21:00-dək Bibiheybət və Şıx qəsəbələri, 20-ci sahənin Elçin Əzizov, Ömər Faiq Nemanzadə, Gülbala Əliyev küçələrinin bir hissəsi, Hüseynbala Əliyev, Oqtay Daşdəmirov, İvan Çernyaxovski, Mixail Lermontov, Dağlıq küçələri, 4-cü və 6-cı mədən ərazilərinə suyun verilməsində fasilə yaranacaq.