Paşinyan ATƏT-in Minsk qrupunun ləğvini mümkün hesab edir

post-img

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh prosesi kontekstində ATƏT-in Minsk qrupunun ləğvini mümkün sayır.

AZƏRTAC xəbər verir ki, Paşinyan bunu şənbə günü keçirdiyi mətbuat konfransında deyib.

“ATƏT-in Minsk Qrupunun ləğvinə gəlincə, biz hesab edirik ki, dinc kontekstdə belə bir qərar qəbul oluna bilər və əgər sülh bitmiş nəticəyə çevrilərsə, o zaman bu formatın mövcudluğu suallar yarada bilər”, - deyə o bildirib.

Xatırladaq ki, Azərbaycan tərəfi regiondakı mövcud reallıqlar fonunda ATƏT-in Minsk qrupuna artıq heç bir ehtiyac qalmadığını və onun ləğv olunması məsələsini dəfələrlə qaldırıb.

Dünya