“Oracle Advisory Group”un seçkiqabağı sorğusu

post-img

Sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament seçkilərində yerli tərəfdaşı ilə birgə “exit-poll” keçirmək məqsədilə Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçmiş ABŞ-nin nüfuzlu “Oracle Advisory Group” təşkilatı seçkiöncəsi sosioloji sorğu aparıb. 

“Seçki 2024” Müstəqil Media Mərkə­zi xəbər verir ki, sorğu iyulun 29-dan avqustun 9-dək yerli respondentlər ara­sında 119 seçki dairəsinin 952 məntəqəsi­nin ərazisində keçirilib.

Təşkilatın mütəxəssisləri tərəfindən hazırlanmış sorğu canlı şəkildə, üzbəüz reallaşdırılıb. Sorğu iştirakçıları prosesin tam məxfi keçirildiyi barədə məlumatlan­dırıldıqları üçün respondentlərin mövqeyi tamamilə şəffaf olub.

“Oracle Advisory Group” təşkilatının hazırladığı proqram əsasında alınan cavab­lar təhlil olunub və əldə edilən nəticələr ictimaiyyətə çatdırılıb.

Bildirilib ki, sorğuda 96 faiz iştirakçı Qarabağdakı zəfərin onların seçiminə tam təsir edəcəyini qeyd edib. Respondentlərin 71 faizi Azərbaycanın hazırkı vəziyyətini yüksək, 20 faizi qənaətbəxş qiymətləndi­rib, 9 faizi isə suala cavab verə bilməyib.

Azərbaycandakı söz azadlığı ilə bağ­lı suala respondentlərin 85 faizinin rəyi müsbət olub. Sorğu iştirakçılarının 97 faizi Azərbaycanda insan hüquqlarının qorun­duğunu deyib.

XQ

Son xəbərlər