Seçki xəbərləri

post-img

Seçiciyə mane olmaq cinayətdir

Bunu Mərkəzi Seçki Komissiyası­nın dünən keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib: “Bütün tərəflər bir-birinə hörmətlə yanaşmalıdır. Seçkilə­rin pozuntusuz başa çatdırılması mümkün deyil. Hansısa xoşagəlməz hal olarsa, məntəqə seçki komissiyası müvafiq qərar verməlidir. Narazı qalan dairə seçki komis­siyasına, MSK-ya şikayət edə bilər”.

Maarifləndirmə yekunlaşıb

Mərkəzi Seçki Komissiyasının (MSK) seçkilərlə bağlı həyata keçirdiyi maariflən­dirmə tədbirləri başa çatıb. “Seçki 2024” Müstəqil Media Mərkəzi xəbər verir ki, bunu MSK-nın iclasında sədr müavini Rövzət Qasımov deyib. “Hazırda yalnız İctimai televiziyanın efirində məlumat­landırma verilişi davam etdirilir”, – deyə o bildirib.

Şəxsiyyət vəsiqəsi köhnə olsa da...

“Bizdə olan məlumata görə, bəzi se­çicilərin şəxsiyyət vəsiqəsinin etibarlı­lıq müddəti başa çatıb”. “Seçki 2024” Müstəqil Media Mərkəzi xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib. Onun sözlə­rinə görə, rəsmi olaraq seçicilərin hamısına bildirilir ki, bu, onların səs verməsinə məh­dudiyyət yaratmır. Yəni, seçicilər vaxtı öt­müş şəxsiyyət vəsiqələrinə görə narahat olmasınlar. 

Seçki siyasi fəallıq meydanıdır

“Biz müəllimlər də parlament seçkilə­rində vətəndaşların iradəsinin azad şəkildə ifadə edilməsinə yardım etmək baxımın­dan fəallıq göstəririk. Şəxsən özüm heç bir namizədin lehinə və ya əleyhinə təbliğat aparmadan mümkün olduqca seçicilərlə işləyir, onları səsvermə prosesində iştiraka həvəsləndirirəm. Açığı, bununla bağlı hər hansı tapşırıq və ya göstəriş yoxdur. Amma vətəndaş olaraq prosesdə məhz bu şəkildə fəallıq etməyi özümə borc bilirəm”. Bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Əməkdar müəllim, Bakının Binəqədi rayonundakı 3 nömrəli tam orta məktəbin direktoru Almaz Həsrət deyib. 

Görüş yeri problemi olmadı

“Seçkilərə hazırlıq, namizədlərin qeydə alınması normal səviyyədə həyata keçirildi”. Bunu Mərkəzi Seçki Komissi­yasının (MSK) keçirilən iclasında komis­siyanın sədri Məzahir Pənahov deyib.

O qeyd edib ki, sənədləri yerində olma­yan iddiaçılardan başqa müraciət edən hər kəsin namizədliyi qeydə alınıb: “Təşviqat mərhələsinə gəlincə, çox geniş imkanlar yaradıldı, harada seçicilərlə görüş imkanı var idisə, orada da onlara yer ayrıldı. Ona görə təşviqatla əlaqədar heç bir şikayət daxil olmayıb”.

İ.HƏSƏNQALA
XQ







Son xəbərlər