Azərbaycan – BƏƏ: İKT sahəsində əməkdaşlıq

post-img

Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Birləşmiş Ərəb Əmirliklərinin ölkəmizdəki səfiri Məhəmməd Əl Bluşi ilə görüşüb.

Bu barədə nazir Rəşad Nəbiyev rəsmi səhifəsində paylaşım edib.

“Birləşmiş Ərəb Əmirliklərinin ölkəmizdə fövqəladə və səla­hiyyətli səfiri Məhəmməd Əl Bluşi ilə görüşdük. İki ölkə arasın­da İT sahəsində əməkdaşlıq perspektivləri və Bakıda keçiriləcək COP29-a hazırlıq məsələlərini müzakirə etdik”, – deyə R.Nəbiyev qeyd edib.

***

Həmin gün Rəşad Nəbiyev Tacikistanın ölkəmizdəki səfiri İlxom Abduraxmonla da görüşüb.

Bu barədə də nazir rəsmi səhifəsində paylaşım edib.

“İki ölkə arasında nəqliyyat sahəsində, o cümlədən Orta dəhliz çərçivəsində əməkdaşlığın genişləndirilməsi, Tacikistan yüklərinin Azərbaycan üzərindən daşınması məsələlərini müzakirə etdik. No­yabrda Bakının evsahibliyi edəcəyi COP29-da Tacikistanın iştirakı barədə fikir mübadiləsi apardıq", – deyə nazir bildirib.

XQ

Son xəbərlər