Namizədlər nə zaman cərimələnə bilərlər?

post-img

Milli Məclisə növbədənkənar seçkilərlə bağlı avqustun 9-dan etibarən təş­viqat kampaniyasına başlanılıb. Bunun üçün hər dairə üzrə qapalı və açıq məkan olmaqla 5509 ünvan müəyyənləşdirilib. Proses avqustun 31-i saat 8:00-da başa çatacaq.

Hazırda deputatlığa namizədliyi qey­də alınmış şəxslər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiy­yətli nümayəndələri və vəkil edilmiş şəxs­ləri tərəfindən təşviqat kampaniyası həyata keçirilir. Maraqlıdır, seçkiqabağı təşviqatın aparılması qaydalarının və müddətinin po­zulmasına görə qanunvericilikdə hansı cə­rimələr nəzərdə tutulub?

“Seçki 2024” Müstəqil Media Mərkə­zi bildirir ki, Seçki Məcəlləsinin 164.1-ci bəndinə əsasən, seçkiqabağı və ya referen­dumla bağlı təşviqatın aparılmasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydaları­nın və müddətinin pozulmasına görə, na­mizədlərə 100 manatdan 150 manatadək cərimə nəzərdə tutulur.

Qeydə alınmış namizədə seçkiqabağı təşviqatın müddəti başa çatana kimi şərəf və ləyaqətini seçki qanunvericiliyi ilə müəyyən olunmuş televiziya və radio ya­yımçılarının proqramlarında və dövri nəşr-lərdə onların vəzifəli şəxsləri tərəfindən müdafiə etmək imkanının verilməməsinə görə – vəzifəli şəxslər 150 manatdan 250 manatadək , hüquqi şəxslər 300 manatdan 450 manatadək cərimə olunur.

XQ

Son xəbərlər