Namizədlərin siyahısı hazırdır

post-img

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar qeydə alınmış namizədlərin seçki dairələri üzrə siyahıları dərc edilib.

Milli Məclisə deputatlığa namizədlərin siyahısı Mərkəzi Seçki Komissiyasının saytında yerləşdirilib.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 26.2.5, 148.5-ci maddələrinə əsasən, MSK qeydə alınmış namizədlərin seçki dairələri üzrə siyahısının dərc olunmasını səsvermə gününə azı 20 gün qalanadək təmin etməlidir.

XQ

 

Son xəbərlər