Sinqapurda qızıl medal qazanan məktəblimiz

post-img

Azərbaycan məktəblilərinin də beynəlxalq uğurları getdikcə çoxalır. “SASMO 2024” olimpiadalarına qatılaraq medal əldə edən istedadlı şagirdlərimiz Sinqapurda keçirilən “SIMOC 2024” olimpiadasında iştirak ediblər. 35 ölkədən 2200 şagirdin iştirak etdiyi bilik yarışında Azərbaycanı 69 şagird təmsil edib. 

3 mərhələdən ibarət olimpiadada əldə edilən nəticələr şagirdlərin riyaziyyat və məntiq sahələrinə maraqlarının və bu sahələrdə bilik və bacarıqlarının necə olduğunu göstərib. Bakı Dövlət Universitetinin nəzdində Gənc İstedadlar Litseyinin 7-ci sinfini bitirən Alikamal Həsən yarışmada qızıl medal qazanıb. Bu onun ilk uğuru deyil. Hələ 5-ci sinifdə oxuyarkən Azərbaycan Respublikası Təhsil İnstitutunun təşkil etdiyi Lütfi-Zadə riyaziyyat və məntiq olimpiadasında qızıl medal alaraq birinci yerə layiq görülüb. SASMO Azərbaycan olimpiada mərkəzinin təşkil etdiyi yarışlara qoşulan yeniyetmə qızıl və gümüş medallar qazanıb. O, Clobol Olimpik Centrin təşkil etdiyi riyaziyyat və məntiq olimpiadalarında da iştirak edərək dəfələrlə qızıl medallar alıb. 

2023-cü ildə GOC-un təşkil etdiyi Türkiyə Matematik olimpiadasının son mərhələsi İzmir şəhərində keçirilib. Alikamal həmin olimpiadada iştirak edib və 100 bal toplayaraq qızıl medalla vətənə qayıdıb. İstedadlı soydaşımız “Kenquru Beynəlxalq Riyaziyyat” müsabiqəsinin ilk medalçılarından və “Kenquru Beynəlxalq Riyaziyyat” düşərgəsinin ilk iştirakçılarındandır. 

PÜNHAN 
XQ

 

Son xəbərlər